İrəvanda Paşinyanın istefasını tələb edən etirazçılardan 25 nəfəri saxlanılıb

İrəvanda Paşinyanın istefasını tələb edən etirazçılardan 25 nəfəri saxlanılıb
# 23 fevral 2021 13:07 (UTC +04:00)

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələb ilə keçirilən etiraz aksiyasının iştirakçılarından 25 nəfəri polis tərəfindən saxlanılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar polis bölməsinə aparılıb.

Səhər saatlarında çox sayda polis qüvvələri İrəvanda Respublika meydanının və hökumət binasının ətrafına yeridilib, Nazirlər Kabinetinin 1 və 3 saylı binalarının ətrafında polis sədləri çəkilib. Etiraz aksiyasına baxmayaraq, N. Paşinyan 3 saylı binaya daxil olub.

Qeyd edək ki, fevralın 22-də "Vətənin xilası naminə" hərəkatı hökumət binasının korpuslarına bütün girişləri bağlayacağını açıqlayıb. "Daşnaktsütyun"un nümayəndəsi Geqam Manukyan müxalifətin binaya hücum etməyi planlaşdırmadığını bildirib. O deyib ki, məqsəd hakimiyyətin müxalifətdən qorxduğunu nümayiş etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR