İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib, 3 polis əməkdaşı xəsarət alıb

İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib, 3 polis əməkdaşı xəsarət alıb
# 11 noyabr 2020 14:02 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verib.

Nəticədə üç polis əməkdaşı xəsarət alıb.

Xəsarət alan polis əməkdaşlarından biri həmkarları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, İrəvanın mərkəzi meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR