İtaliyada bir gündə 26 824 nəfərdə koronavirus aşkar olunub

İtaliyada bir gündə 26 824 nəfərdə koronavirus aşkar olunub
# 13 mart 2021 03:23 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 26 824 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 380 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 101 564 nəfərə çatıb. Ölkədə hazırda 509 317 aktiv koronavirus xəstəsi var, onlardan 2914-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 175 807 nəfərdən 2 564 926 (son sutkada 14 443 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR