İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb
# 26 iyun 2020 23:33 (UTC +04:00)

İtaliyada son 24 saat ərzində 259 nəfər koronavirusa yoluxub, 30 nəfər ölüb.

APA-nın ANSA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkə üzrə ümumi ölüm sayı 34708-ə çatıb.

Hazırda ölkədə 17638 nəfər koronavirus infeksiyasının daşıyıcısıdır. İndiyə qədər ölən və sağalanlar da daxil olmaqla ümumilikdə 239961 nəfər yeni virusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR