Jirinovski “Sputnik V”in yaradıcılarının “Nobel” mükafatına namizəd göstərilməsini təklif edib

Jirinovski “Sputnik V”in yaradıcılarının “Nobel” mükafatına namizəd göstərilməsini təklif edib
  • Clock-gray 07:10
  • calendar-gray 08 Fevral 2021

““Sputnik V” peyvəndinin yaradıcıları Rusiya Federasiyası Dövlət Mükafatı ilə mükafatlandırılsınlar, tibb üzrə “Nobel” mükafatına namizəd göstərilsinlər”. 

APA TASS-a istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib. 

"Sputnik V” peyvəndinin yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirən partiya sədri, eyni zamanda “Twitter” səhifəsində yazıb ki, peyvəndin yaradıcılarına iyunun 12-də Kremldə Dövlət Mükafatı verilsin.

Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən dünyada ilk dəfə ötən il avqustun 11-də “Sputnik V” adı verilən koronavirusa qarşı peyvənd hazırlanıb. 

 

apa-logo-mini

Digər xəbərlər