KİV: Onik Qasparyan Baş Qərargah rəisi kimi bu gündən işə çıxıb

KİV: Onik Qasparyan Baş Qərargah rəisi kimi bu gündən işə çıxıb
# 18 mart 2021 13:35 (UTC +04:00)

Onik Qasparyan bu gün səhər Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi işinin başına keçib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, general öz vəzifəsini icra edir.

Ermənistan hökuməti isə əvvəl olduğu kimi bu gün də O. Qasparyanın vəzifəsindən azad edildiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistanın inzibati məhkəməsi yekun qərar çıxanadək Onik Qasparyanı Baş Qərargah rəisi vəzifəsində saxlamaq haqqında qərar qəbul edib.

Xatırladaq ki, fevralın 25-də Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan və bir sıra generallar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR