KİV: Qırğızıstanın keçmiş Baş naziri Abılqaziev saxlanılıb

KİV: Qırğızıstanın keçmiş Baş naziri Abılqaziev saxlanılıb
# 27 yanvar 2021 06:12 (UTC +04:00)

Qırğızıstanın keçmiş Baş naziri Məhəmmədkalı Abılqaziev qanunsuz zənginləşmə şübhəsi ilə saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, sabiq Baş nazir əvvəlcə dindirilməyə çağırılıb və sonra ona qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, Abılqazievin “Kumtor” qızıl mədəni ilə işbirliyində adı hallandırılır.

Xatırladaq ki, o, 2018-ci ildən ötən ilin iyun ayına qədər Qırğızıstan hökumətinə rəhbərlik edib. Keçən il 15 iyun tarixində könüllü olaraq istefa verib.

Parlament seçkilərindən sonra başlayan etirazlar nəticəsində əvvəlki hökumət üzzvlərinin istefasından sonra 2020-ci il oktyabr ayının ortalarında Abılqazievin respublikadan çıxması qadağan edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR