KİV: Rusiya FTX-nın regional idarəsində partlayış törədilib, ölən və yaralananlar var

KİV: Rusiya FTX-nın regional idarəsində partlayış törədilib, ölən və yaralananlar var
# 11 dekabr 2020 14:46 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qaraçay-Çərkəz Respublikası üzrə regional idarəsində partlayış baş verib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumatda bildirilib ki, kamikadze tərəfindən törədilən terror aktı nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb: “İlkin məlumata görə, radikal və ekstremist yönümlü bir nəfər FTX-nın binasına girib “Allahu Əkbər” qışqıraraq özünü partladıb”.

Agentliyin digər mənbəsinin açıqladığı məlumata görə isə iki dəfə partlayış olub. Səhər saat 07-də FTX-nın binasında kiçik həcmli bomba partlayıb. Bir neçə saat sonra isə FTX əməkdaşları hadisə yerində iş apararkən onlara avtomobil yaxınlaşıb. Avtomobildən kamikadze düşərək özünü partladıb.

“Baza” nəşri də analoji məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR