Kilian Mbappe PSJ-də qala bilər

Kilian Mbappe PSJ-də qala bilər
# 04 dekabr 2019 08:55 (UTC +04:00)

PSJ-nin hücumçusu Kilian Mbappenin gələcək taleyi hələ də sual altındadır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu karyerasını harada davam etdirəcəyinə cari mövsümün sonunda qərar verəcək.

Forvard Paris təmsilçisi ilə müqavilənin müddətini uzatmağı nəzərdən keçirsə də, qəti qərar verməyə tələsmir. Madrid "Real"ının maraq dairəsində olan Fransa yığmasının qolçusu yayda Avropa çempionatından əvvəl qərarını açıqlayacaq.

Qeyd edək ki, PSJ-nin "Monako"dan 180 milyon avroya transfer etdiyi Kilian Mbappenin klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR