Kiyevdə bu gündən karantin rejimi sərtləşdiriləcək

Kiyevdə  bu gündən karantin rejimi sərtləşdiriləcək
# 05 aprel 2021 03:42 (UTC +04:00)

Bu gündən Ukraynanın paytaxtı Kiyevdə karantin rejimi daha da sərtləşdiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası qərar verib.

Paytaxtdakı bütün məktəblər və uşaq bağçaları bağlanacaq və ictimai nəqliyyat yalnız vacib infrastruktur müəssisələrinin işçiləri üçün xəttə çıxacaq.

Kiyev Bələdiyyə başçısı Vitali Klitsçko “Telegram” kanalında bildirib ki, başqa seçimimiz yoxdur, əks halda yüzlərlə ölüm olacaqdı.

Qeyd edək ki, məhdudiyyətlər aprelin 16-dək qüvvədə qalacaq. Vəziyyətdən asılı olaraq vaxtın uzadıla biləcəyi istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR