Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib

Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib
# 03 avqust 2020 14:08 (UTC +04:00)

Kiyevdə naməlum şəxs ticarət mərkəzini partladacağı ilə hədələyib.

APA-nın “RİA Novsti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.

O, polisin hazırda həmin şəxslə danışıqlar apardığını qeyd edib: "Saat 12 radələrində “Leonardo” ticarət mərkəzində yerləşən “Universal Bank” şöbəsinə 35 yaşlarında naməlum şəxs daxil olub. Həmin şəxs bombalı olduğunu və polis çağırmağı tələb edib. Bankın əməkdaşları ərazini tərk ediblər, lakin şöbə müdiri öz xahişi ilə orada qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR