Koronavirus təhlükəsinə görə Zaxarovanın brifinqi medianın iştirakı olmadan keçirilir

Koronavirus təhlükəsinə görə Zaxarovanın brifinqi medianın iştirakı olmadan keçirilir
# 12 mart 2020 17:01 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqi jurnalistlərin iştirakı olmadan keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN koronavirus təhlükəsi ilə əlaqədar həftəlik brifinqin media nümayəndələrinin iştirakı olmadan keçirilməsi haqda qərar verib.

M. Zaxarova Ümumdünya Səhiyyə Təşkilatının kütləvi tədbirlərdən imtina etmək tövsiyəsinə əməl edərək, bu dəfə brifinqin jurnalistlərin iştirakı olmadan videokonfrans formatında keçirildiyini bildirib.

O, jurnalistlərin onlayn formatda suallarını göndərərək cavab ala biləcəklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR