Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar
# 03 fevral 2020 13:10 (UTC +04:00)

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin hökumət üzvləri ilə keçirdiyi əməliyyat müşavirəsində göstəriş verib.

M. Mişustin bu addımın infeksiya ilə milli mübarizə planına daxil olduğunu qeyd edib.

"Koronavirus təhlükəli xəstəliklər siyahısına daxil edilib. Bu, əcnəbi vətəndaşlarda belə bir xəstəlik aşkarlanacağı təqdirdə onların deportasiyasına imkan verəcək. Eyni zamanda təcrid və karantin daxil olmaqla xüsusi məhdudlaşdırıcı tədbirlər görüləcək”, - deyə Baş Nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR