Kreml: AŞPA-nın fəaliyyəti Rusiyasız natamamdır

Kreml: AŞPA-nın fəaliyyəti Rusiyasız natamamdır
  • Clock-gray 14:44
  • calendar-gray 02 Mart 2021

“Rusiya olmadan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəaliyyəti natamamdır”.

APA-nın “vesti.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı parlamentarilərin fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, V. Putin də Rusiyanın AŞPA-dakı nümayəndələrinin bu barədə söylədikləri ilə şərikdir.

D. Peskovun sözlərinə görə, Rusiya AŞPA-da daxil olmaqla, Avropanın bütün strukturlarının fəaliyyətində iştirak etməyə hazırdır. Bununla belə o, ölkənin bu iştirakla bağlı mövqeyinə yenidən baxıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev ötən gün qatıldığı tədbirdə ölkəsinin AŞPA-dakı nümayəndələrinin qurumun nizamnaməsinə uyğun fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib. Qurumun nizamnaməsinə toxunan K. Kosaçyov bildirib ki, sənəddə insan hüquq və azadlıqlarının müdafiəsinin əsas vəzifə kimi müəyyən edilməyib. Onun sözlərinə görə, AŞPA-nın fəaliyyət istiqamətləri ilk növbədə ölkələr arasında sosial-iqtisadi sahədə əməkdaşlıq mühitinin formalaşdırılması və möhkəmləndirilməsindən ibarətdir.

apa-logo-mini

Digər xəbərlər