Kreml "OPEC+" razılaşmasına münasibət bildirib

Kreml "OPEC+" razılaşmasına münasibət bildirib
# 13 aprel 2020 14:24 (UTC +04:00)

"Neft hasilatının azaldılması ilə bağlı "OPEC+" razılaşması sübut edir ki, neft hasil edən ölkələr konsensus və qarşılıqlı anlaşma əldə edə bilər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz razılaşmanı vacib hesab edirik. Bu, təsdiq edir ki, OPEC-ə daxil olan və neft hasil edən bır sıra ölkələr konsensus, enerji bazarında sabitlik naminə qarşılıqlı anlaşma əldə edə bilərlər", - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR