Kreml "OPEC+"dakı hazırkı fikir ayrılıqlarına münasibət bildirib

Kreml "OPEC+"dakı hazırkı fikir ayrılıqlarına münasibət bildirib
# 30 noyabr 2020 14:25 (UTC +04:00)

"OPEC+"dakı hazırkı fikir ayrılıqlarını mart ayındakı vəziyyətlə müqayisə etmək olmaz.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü "OPEC+"dakı hazırki vəziyyətin işgüzar olduğunu qeyd edib.

Xatırladaq ki, bu ilin mart ayında "OPEC+"də kəskin fikir ayrılıqları mövcud idi. Yenə neft hasilatının həcmi ilə bağlı "OPEC+" üzvləri arasında fikir ayrılıqları yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR