Kreml Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə münasibət bildirib

Kreml Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə münasibət bildirib
# 25 fevral 2021 13:49 (UTC +04:00)

Rusiya hərbi texnikası dəfələrlə öz effektivliyini nümayiş etdirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olması barədə dediklərinə münasibət bildirərkən deyib.

“Biz bunu şərh etmirik. Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib”, - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR