Kreml Paşinyanın “İsgəndər”lə bağlı ona yanlış məruzə olunduğu barədə bəyanatından məmnundur

Kreml Paşinyanın “İsgəndər”lə bağlı ona yanlış məruzə olunduğu barədə bəyanatından məmnundur
# 01 mart 2021 14:51 (UTC +04:00)

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “İsgəndər” raketlərinin effektivliyi ilə bağlı onun yanlış məlumatlandırılması qənaətinə gəlməsindən məmnundur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan N. Paşinyanın Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırıldığını və bu məsələnin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR