Kreml: Rusiyada koronavirusla bağlı fövqəladə vəziyyət rejiminə heç bir səbəb yoxdur

Kreml: Rusiyada koronavirusla bağlı fövqəladə vəziyyət rejiminə heç bir səbəb yoxdur
# 16 mart 2020 15:40 (UTC +04:00)

Rusiyada koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqinə hələlik heç bir səbəb yoxdur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, hələlik belə bir qərar vermək üçün heç bir səbəb olmadığını söyləyib.

Qeyd edək ki, Rusiyada Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatlarına görə, ölkə ərazisində indiyə kimi 63 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 60 nəfəri Rusiya vətəndaşı, iki nəfəri Çin, bir nəfəri isə İtaliya vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR