Kreml bu il Qələbə Paradının keçiriləcəyini açıqlayıb

Kreml bu il Qələbə Paradının keçiriləcəyini açıqlayıb
# 16 fevral 2021 14:37 (UTC +04:00)

Bu il Qələbə Paradı birmənalı şəkildə baş tutacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

Onun sözlərinə görə, lakin hələlik Qələbə Paradının vaxtı sual altındadır.

“Hətta 2020-ci ildə parad keçirilib. Parad keçiriləcək, buna şübhə yoxdur”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, ötən il epidemioloji vəziyyətə görə Moskvada hər il 9 mayda keçirilən Qələbə Paradı 24 iyun tarixində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR