Lavrov: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının keçirilməsinin müzakirəsinə bu gündən başlanılır"

Lavrov: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının keçirilməsinin müzakirəsinə bu gündən  başlanılır"
# 10 iyul 2020 20:35 (UTC +04:00)

Azərbaycan Prezidenti Ilham Əliyevin təşəbbüsü ilə Qoşulmama hərəkatının sammitində irəli sürülən koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin müzakirəsinə 10 iyul tarixindən başlanılır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün "Primakov qiraətləri" beynəlxalq elmi praktiki forumunda bildirib.

"Biz əlbəttə ki, Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama hərəkatının təşəbbüsü ilə COVID-19 mövzusu ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılacağını bilirik, lakin bu ssesiya bir qədər sonra baş tutacaq. Bu gün, iyulun 10-da, xüsusi sessiyanın çağırılması zamanı tətbiq ediləcək qaydaların prosedurunun formalaşdırılmasına ancaq başlanılır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formatda keçirilən bütün tədbirlər təşkilati və prosedur aspektləri baxımından razılaşdırılmalıdır, buna görə bu gün yalnız prosedur məsələlər müzakirə ediləcək, xüsusi iclasın çağırılma tarixi hələlik müəyyən olunmayıb", deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR