Lavrov: "BMT Təhlükəsizlik Şurası beşliyinin sammitini əyani formatda keçirmək lazımdır"

Lavrov: "BMT Təhlükəsizlik Şurası beşliyinin sammitini əyani formatda keçirmək lazımdır"
# 25 dekabr 2020 13:19 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası (TŞ) beşliyinin sammitini əyani formatda keçirmək lazımdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcək naminə dialoq” forumunda çıxışı zamanı bildirib.

O, BMT Təhlükəsizlik Şurası beşliyinin sammitinin yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiklərini qeyd edib: “Əlbəttə ki, bu sammiti videokonfrans formatında da keçirmək olar. Lakin biz əminik ki, yığılmış problemlərin vacibliyi və mürəkkəbliyi əyani görüş tələb edir. Ümid edirəm ki, biz yaxın vaxtlarda bu sammiti keçirəcəyik”.

Rusiya XİN başçısı BMT TŞ sammitinin əsas vəzifələrindən birinin strateji sabitliklə bağlı vəziyyətin müzakirəsi olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR