Lavrov: “Bayden dövründə ABŞ və Rusiya bir çox problemlə bağlı çətin ki, razılığa gəlsin”

Lavrov: “Bayden dövründə ABŞ və Rusiya bir çox problemlə bağlı çətin ki, razılığa gəlsin”
# 12 fevral 2021 13:40 (UTC +04:00)

“Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...”

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində deyib.

Rusiya XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR