Lavrov Moskvada ATƏT sədri ilə regional problemləri müzakirə edəcək

Lavrov Moskvada ATƏT sədri ilə regional problemləri müzakirə edəcək
# 20 fevral 2020 16:57 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Moskvaya səfəri fevralın 26-da baş tutacaq.

“Səfər çərçivəsində Edi Rama Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırki fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunacaq”, - deyə M. Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR