Lavrov MQİMO ilə ADA Universitetinin əməkdaşlıq perspektivlərindən danışıb

Lavrov MQİMO ilə ADA Universitetinin əməkdaşlıq perspektivlərindən danışıb
# 28 yanvar 2020 18:12 (UTC +04:00)

“Bakıda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MQİMO) ilə ADA Universitetinin “Maliyyə” ixtisası üzrə birgə “MBA” proqramının icrasına başlanılması gündəmdədir".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu Müşahidə Şurasının iclasında çıxış edən Rusiya XİN başçısı MQİMO-nun ötənilki fəaliyyəti və xarici ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığından danışıb.

ADA Universiteti ilə MQİMO-nun əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayan S. Lavrov iki təhsil ocağının Bakıda “Maliyyə” ixtisası üzə birgə “MBA" proqramının icrasına başlanmasının gündəmdə olduğunu söyləyib: "Hesab edirəm ki, perspektivdə bu formatda əlavə əməkdaşlıq formaları da olacaq".

Qeyd edək ki, ötən ilin dekabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universiteti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MQİMO) arasında “Maliyyə” ixtisası üzrə birgə “MBA” (master of business administration) proqramını həyata keçirmək məqsədilə müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR