Lavrov: “Suriya ilə bağlı Rusiya-Türkiyə-Qətər məsləhətləşmələri Astana formatını əvəz etmir”

Lavrov: “Suriya ilə bağlı Rusiya-Türkiyə-Qətər məsləhətləşmələri Astana formatını əvəz etmir”
# 11 mart 2021 14:56 (UTC +04:00)

“Müharibə zamanı məhv edilmiş mülki infrastrukturun bərpasında suriyalılara yardımın verilməsinin, habelə koronavirus infeksiyasının nəticələrinə qarşı mübarizədə təcili humanitar yardımın edilməsinin vacibliyini vurğuladıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli və qətərli həmkarları ilə Dohada keçirdiyi birgə mətbuat konfransında deyib.

“Anlaşılandır ki, bu təxirə salınmayan vəzifələrin həllinə Qərbin qeyri-legitim birtərəfli sanksiyaları maneə olur. Bu sanksiyalar Suriya Ərəb Respublikasının qanuni hakimiyyətinə qarşı, daha çox isə bütün Suriya xalqına qarşı tətbiq olunub”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrovun sözlərinə görə, Rusiya, Qətər və Türkiyə arasında Suriya ilə bağlı məsləhətləşmələr Astana formatını əvəz etmir: “Bu, yalnız Astana formatını tamamlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR