Lavrov: “Şimal axını-2”yə sanksiyaların məqsədi Aİ-nin enerji təhlükəsizliyinin qayğısına qalmaq deyil”

Lavrov: “Şimal axını-2”yə sanksiyaların məqsədi Aİ-nin enerji təhlükəsizliyinin qayğısına qalmaq deyil”
  • Clock-gray 11:49
  • calendar-gray 27 Dekabr 2019

“Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiyaların məqsədi Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin qayğısına qalmaq deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, sanksiyaların məqsədi ABŞ-ın slans qazının dəstəklənməsi və haqsız rəqabətdir.

“Məqsəd əlbəttə ki, “Şimal axını – 2” qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin qayğısına qalmaq deyil, ABŞ-ın slans qazının Avropa bazarına irəli çəkilməsidir. Bu haqsız rəqabətin və energetika sferasının siyasiləşdirilməsinin bariz nümunəsidir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı Rusiyanın “Qazprom” şirkətinin “Şimal axını - 2” qaz boru kəmərinin inşasına kömək edən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən 2020-ci il üçün Müdafiə Büdcə Qanununu qəbul edib. 

apa-logo-mini

Digər xəbərlər