Lavrov: “ABŞ Strateji Hücum Silahları haqda müqavilənin uzadılması təklifimizi qəbul etsə, bütün dünya qazanar”

Lavrov: “ABŞ Strateji Hücum Silahları haqda müqavilənin uzadılması təklifimizi qəbul etsə, bütün dünya qazanar”
# 23 dekabr 2019 14:01 (UTC +04:00)

“Əgər ABŞ Rusiyanın Strateji Hücum Silahlarının (SHS-3) məhdudlaşdırılması ilə bağlı müqavilənin qeyri-şərtsiz uzadılması üçün təklifini qəbul etsə, bütün dünya qazanar”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən "Hökumət saatı"nda çıxışında deyib.

“Əgər SHS-3-ün qeyri-şərtsiz uzadılması ilə bağlı təklifimizi amerikalılar qəbul etsə, bundan bütün dünya ictimaiyyəti qazanar. Çünki müqavilə uzadılacaq. Biz imkan verməyəcəyik ki, strateji sabitliyi nizamlayacaq heç bir alətin olmayacağı vəziyyət yaransın. Müqavilənin uzadılması ilə paralel olaraq onun konkret olaraq necə reallaşdırılmasının müzakirəsini davam etdirmək olar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Strateji Hücum Silahlarının (SHS-3) məhdudlaşdırılması ilə bağlı müqavilənin müddəti 2021-ci ilin əvvəlində bitir. ABŞ hələ də bu müqavilənin uzadılması ilə bağlı qərar verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR