Lukaşenko: Belarusda xaos olmayacaq

Lukaşenko: Belarusda xaos olmayacaq
  • Clock-gray 12:56
  • calendar-gray 09 Avqust 2020

Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

apa-logo-mini

Digər xəbərlər