Lukaşenko İttifaq dövlətində vahid valyutanın tətbiqinə qarşı deyil

Lukaşenko İttifaq dövlətində vahid valyutanın tətbiqinə qarşı deyil
# 02 aprel 2020 14:15 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarus İttifaq dövlətində vahid valyutanın tətbiq edilməsinə qarşı olmadığını bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Mir" telekanalına müsahibəsində Belarus lideri İttifaq dövlətində vahid valyutanın tətbiqinə qarşı olmadığını, lakin neytral valyutanın lazım olduğunu bildirib.

“Bizim İttifaq dövlətinin yaradılması haqqında müqaviləmiz var. Bu müqavilənin heç bir bəndindən biz imtina etmirik. Hətta bu gün müzakirə olunan ən ciddi bəndi götürək. Misal üçün vahid valyuta. Biz vahid valyutaya qarşı deyilik. Lakin bu neytral valyuta olmalıdır. Bu, nə Belarus rublu, nə də rus rublu deyil”, - A. Lukaşenko vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR