Lukaşenko: “Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?”

Lukaşenko: “Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?”
# 04 fevral 2020 14:18 (UTC +04:00)

"Belarus Rusiya ilə yaxın dostluq münasibətlərinə önəm verir”.

APA-nın BELTA-ya istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz sadəcə ədalətli, həqiqi və şəffaf münasibətlər istəyirik. Eynisini istəmirsinizsə, o zaman qışqırmayın ki, ABŞ Dövlət katibi Pompeo Belarusa gəldi, sabah da Donald Tramp Belarusa gələcək. O zaman bunlar nə edəcəklər?”, - deyə Belarus Prezidenti vurğulayıb.

Belarusun müstəqil xarici siyasət yürüdən suveren bir dövlət olduğunu qeyd edən A. Lukaşenko bunun Rusiyaya zərər vermədiyi qənaətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR