Lukaşenko səlahiyyətlərinin bölüşdürülməsinə hazır olduğunu bildirib

Lukaşenko səlahiyyətlərinin bölüşdürülməsinə hazır olduğunu bildirib
  • Clock-gray 15:31
  • calendar-gray 17 Avqust 2020

Belarus Prezidenti Aleksandr Lukaşenko konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə Minsk Təkərli Dartıcı Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı deyib. 

A. Lukaşenko ona konstitusiyanın iki variantının təqdim edildiyini, lakin hazırkı konstitusiyadan çox az fərqləndiyi üçün hər ikisini rədd etdiyini bildirib.

“Gəlin, oturun, konstitusiya üzərində çalışaq”, - deyə Belarus Prezidenti əlavə edib.

Onun sözlərinə görə, yeni konstitusiyaya hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı maddə əlavə edilə bilər.

A. Lukaşenko səlahiyyətlərinin bölüşdürülməsinə hazır olduğunu vurğulayıb: “Lakin təzyiq və ya küçə yolu ilə yox”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər