Lukaşenko: “Qərb və NATO Rusiyanın Belarusun suverenliyini pozmaq cəhdlərinə dözə bilməz”

Lukaşenko: “Qərb və NATO Rusiyanın Belarusun suverenliyini pozmaq cəhdlərinə dözə bilməz”
  • Clock-gray 17:32
  • calendar-gray 24 Dekabr 2019

“Beynəlxalq birlik Rusiyanın Belarusun suverenliyini pozmaq cəhdlərinə müvafiq olaraq reaksiya verəcək”.

APA-nın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Exo Moskvı” radiosuna müsahibəsində deyib.

“Gəlin, düşünək. Əgər Rusiya bəzilərinin dediyi kimi, qəflətən suverenliyimizi pozmağa cəhd edərsə, dünya birliyinin buna necə reaksiya verəcəyini bilirsiniz. Qərb və NATO buna dözə bilməz. Bunu özləri üçün bir təhdid hesab edəcəklər, müharibəyə cəlb olunacaqlar və onlar bu mənada haqlı olacaqlar. Gəlin, dürüst olaq. Bu vəziyyətdə Rusiyaya digər bir başağrısı lazımdırmı?! Xeyr!”, - deyə A. Lukaşenko bildirib.

Belarus Prezidenti hazırda ölkəsinin suverenliyinə qarşı artan bir təhlükə hiss etmədiyini də qeyd edib. 

Zümrüd Paşkin

Digər xəbərlər