MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib

MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
# 04 dekabr 2019 13:45 (UTC +04:00)

Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumatara aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb: “Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR