Maya Sandunun andiçmə mərasimi keçirilib

Maya Sandunun andiçmə mərasimi keçirilib
  • Clock-gray 15:44
  • calendar-gray 24 Dekabr 2020

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun andiçmə mərasimi keçirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Moldova Prezidenti vəzifəsindən ayrılan İqor Dodon səlahiyyətlərini rəsmi şəkildə yeni seçilmiş prezident Maya Sanduya təhvil verib.

M. Sandunun andiçmə mərasimində millət vəkilləri, Konstitusiya Məhkəməsinin üzvləri və əcnəbi diplomatlar iştirak ediblər.
 
Yeni prezident çıxışında seçicilərə ona göstərdikləri etimada görə təşəkkür edib.
 
“Böyük planlarım var, ancaq onları təkbaşına reallaşdıra bilmərəm. Sizin dəstəyinizə ehtiyacım var. Gözləntilərin çox yüksək olduğunu başa düşürəm", - deyə o bildirib.
 
M. Sandu çıxışı zamanı əvvəlcə rus, daha sonra Ukrayna və qaqauz dillərində Moldovada yaşayan milli azlıqlara üz tutub: "Hansı dildə danışsanız da, söz verirəm ki, sizə hörmət edirəm və mənə etibar edə bilərsiniz. Bizi qarət edən və bizi yoxsulluğa aparanlara qarşı mübarizə aparacağam. Bütün vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçün onların mənafeyinə uyğun davranacağam".

Zümrüd Paşkin

Digər xəbərlər