Mayk Pompeo Gürcüstana səfər edəcək

Mayk Pompeo Gürcüstana səfər edəcək
# 10 noyabr 2020 22:41 (UTC +04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana iki günlük səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində M.Pompeo Baş nazir Giorgi Qaxariya Gürcüstan Prezidenti Salome Zurabişvili və xarici işlər naziri Davit Zalkaliani ilə görüşlər keçirəcək. Yüksək səviyyəli görüşlərdə ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının prioritetləri və ölkələr arasında müdafiə və təhlükəsizlik, habelə ticarət və iqtisadiyyat, demokratiya, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə ediləcəyi bildirilib.

"Səfər zamanı tərəflər Gürcüstan və bölgədəki təhlükəsizlik mühiti, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi üçün ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Tərəflər Gürcüstanda davam edən demokratik və iqtisadi islahatları da müzakirə edəcəklər. Səfər ABŞ-ın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də gələcək demokratik inkişafına, Avropaya və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyini təsdiqləyir", - deyə Gürcüstan XİN-in məlumatınnda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR