Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib

Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib
  • Clock-gray 10:45
  • calendar-gray 16 Aprel 2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

APA-nın xəbərinə görə, M. Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib.

“Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm can sağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”, - deyə Birinci vitse-prezident qeyd edib.

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər