Meksikaya məxsus təyyarə təcili eniş edib

Meksikaya məxsus təyyarə təcili eniş edib
# 10 mart 2020 08:35 (UTC +04:00)

Meksikanın paytaxtı Mexiko şəhərindən Seula uçan Meksikanın Aeromexico” şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın şimalındakı Tixuana hava limanına təcili eniş edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Milenio” qəzeti öz saytında yazıb.

Məlumata görə, təyyarə texniki problemlər səbəbindən enib.

“Üç saat gözlədikdən sonra məsələnin mexaniki nasazlıqlar olduğunu öyrəndik, sonra bizi otelə gətirdilər”, məlumatda belə deyilir.

Hazırda şirkət işçiləri təyyarəni yoxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR