Merkel: “Rusiya və Türkiyənin Liviya münaqişəsinin nizamlanması ilə bağlı səylərinin uğurla nəticələnəcəyinə ümid edirik”

Merkel: “Rusiya və Türkiyənin Liviya münaqişəsinin nizamlanması ilə bağlı səylərinin uğurla nəticələnəcəyinə ümid edirik”
# 11 yanvar 2020 21:01 (UTC +04:00)

Almaniya Rusiya və Türkiyənin Liviyadakı münaqişənin nizamlanması ilə bağlı səylərinin uğurla nəticələnəcəyinə ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların yekununa həsr olunan birgə mətbuat konfransında Almaniyanın Federal Kansleri Angela Merkel bildirib.

O, ölkəsinin Berlində tezliklə Liviya münaqişəsi ilə bağlı konfransın keçiriləcəyinə də ümid etdiyini söyləyib: “Biz beynəlxalq münaqişələri müzakirə etdik. İlk növbədə Liviyanı qeyd etmək istəyirəm. Fikrimcə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında İstanbulda məhsuldar görüş keçirilib. Bu görüş çərçivəsində atəşkəsin elan olunması ilə bağlı iş aparılır. Bu, BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququ olan ölkələr arasında Berlin prosesi çərçivəsində yüksək səviyyədə müəyyən sənədin işlənib hazırlanması üçün addım ola bilər.

Merkel Almaniyanın BMT-nin himayəsi altında iştirakçıları Berlindəki Liviya konfransına dəvət edə biləcəyini vurğulayıb: BMT BKatibi Quttereş və onun xüsusi nümayəndəsi Salame bu prosesə əsas cavabdehdirlər. Əvvəl-axır Liviya tərəfində suveren ölkəyə sahib olmaq imkanı yaradılmalıdır. Biz suverenliyə maneə olmağa hazırlaşmırıq. Ona görə də Liviyada münaqişə tərəflər Sarac və Xaftar da bu məsələlərin həllinə cəlb olunacaq. Ümid edirik ki, Rusiya və Türkiyə tərəfinin səyləri uğurla nəticələnəcək və biz tezliklə iştirakçıları Berlinə konfransa dəvət edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR