Mingəçevirdə avtomobil yanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, "QAZ" markalı yük avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi qismən yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.