Minskdə etirazçıların Prezident iqamətgahına yürüşünün qarşısı alınıb

Minskdə etirazçıların Prezident iqamətgahına yürüşünün qarşısı alınıb
  • Clock-gray 01:20
  • calendar-gray 07 Sentyabr 2020

Minskdəki bazar günü günortadan sonra müxalifət qüvvələrinin növbəti icazəsiz mitinqi başlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, aksiyanın dağıdılması üçün polis və Daxili qoşunların şəxsi heyəti hərəkətə keçib.

Etirazçılar Belarus Prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb etmək üçün Prezident iqamətgahına üz tutub. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yürüşün qarşısı alınıb və mitinq dağıdılıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər