Minskdəki müxalifət tərəfdarları Azadlıq Meydanına gediblər - FOTO - YENİLƏNİB - 1

Minskdəki müxalifət tərəfdarları Azadlıq Meydanına gediblər - FOTO - YENİLƏNİB - 1
# 16 avqust 2020 16:09 (UTC +04:00)

Belarusdakı müxalifət tərəfdarları kiçik qruplarla Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqinin keçirildiyi meydana tərəf gedirlər.

APA bildirir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Agentliyin mitinqdə iştirak edən əməkdaşı bildirib ki, meydan tədricən insanlarla doldurulur, təxminən 5 min nəfərin iştirak etdiyi bildirilir. Müxalifətin tərəfdaşrlarının az olduğu qeyd olunub, onların bəzi nümayəndələri şüarlar, vətənpərvərlik mahnıları səsləndirir.

Qarşıdan gələn mitinq iştirakçıları ölkədəki barışın tərəfdarı olduqlarını bildirirlər. Mitinqə gələn "Bellegprom" konserninin rəhbəri Tatyana Lugina bunları bildirib:

“Mən hakimiyyət və etirazçılar arasında konstruktiv dialoqun tərəfdarıyam. Əminəm ki, bölgələr Lukaşenkoya səs verdilər, qohumlarım ucqar rayonlarda yaşayırlar və siyasətdən uzaqdırlar, siyasi xəbərləri oxumurlar”.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın son məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə seçkini qazanıb. 10,12% səslə ikinci yeri Lukaşenkonun əsas rəqibi Svetlana Tikanovskaya tutub. O, seçkinin nəticələrini tanımayıb.

***

Saat 15:46

Belarusun Prezidenti Aleksandr Lukashenko, Minsk şəhərinin mərkəzində yerləşən "Müstəqillik Meydanı"ndakı dəstək mitinqində çıxış edir.

APA sputnik.by portalına istinadən bildirir ki, Prezident aksiyaçılara təşəkkür edib:

“Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız... 90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu mənim günahım deyil”.

***

Saat 15:06

Minsk şəhərinin mərkəzində yerləşən "Müstəqillik Meydanı"nda Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinq başlayıb.

APA bildirir ki, bu barədə sputnik.by məlumat yayıb.

Qeyd edək ki, günorta saatlarına təyin olunan mitinq bir saatdan çox gecikmə ilə başladı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR