Moldova mətbuatında Azərbaycanın Hadrut rayonunun kəndlərində keçirdiyi antiterror əməliyyatından bəhs edilib

Moldova mətbuatında Azərbaycanın Hadrut rayonunun kəndlərində keçirdiyi antiterror əməliyyatından bəhs edilib
# 20 dekabr 2020 03:22 (UTC +04:00)

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovanın aparıcı informasiya agentliklərinə Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Hadrut rayonunun kəndlərində keçirilən antiterror əməliyyatından danışıb.

Azərbaycanın Moldovadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Moldova ictimaiyyətinin nəzərinə çatdırıb ki, 26 noyabrda Xocavənd rayonunun Sur kəndində Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumu nəticəsində üç azərbaycanlı əsgər dünyasını dəyişib, ikisi yaralanıb, dekabrın 8-də isə Hadrutda silahlı təxribat təşkil edilib və burada Azərbaycan əsgərləri atəşə tutulub, iki azərbaycanlı yaralanıb, biri öldürülüb. Bundan əlavə, diplomat qeyd edib ki, ermənilər tərəfindən “Azercell”in avadanlıq quraşdıran işçilərinə də hücum edilib, onlardan biri yaralanıb. Bütün bunların arxasında Ermənistanın qanunsuz hərbi birləşmələrinin dayandığını bildirilib.

Qüdsi Osmanov Ermənistandakı hakimiyyətə müxalif olan bir sıra erməni “Telegram” kanallarında "Qarabağda partizan müharibəsi" çağırışlarının səsləndirildiyini, həmçinin ”partizan” fəaliyyəti üçün ətraflı təlimatının dərc olunduğunu və bütün bunların qeyri adekvat olduğunu vurğulayıb. Bununla yanaşı, Moldova KİV-ri qeyd edir ki, atəşkəs razılaşmasının imzalanmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün hər cür şərait yaradıb, həmçinin Rusiya sülhməramlıları tərəfindən də erməni silahlı birləşmələrinin ərazidən çıxarılması üçün lazımı tədbirlər görülüb. Buna baxmayaraq, onlar bu ərazini tərk etməyib, döyüş mövqeləri yaradıb və son günlərdə bölgədəki azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror aktları, təxribat törədiblər.

Səfir qeyd edib ki, Azərbaycanın antiterror əməliyyatı nəticəsində Köhnə Tağlar və Çaylaqqala kəndləri qanunsuz erməni silahlı birləşmələrindən təmizlənib və onlar Azərbaycan silahlı qüvvələrinə təslim olublar, bu ərazilər isə ölkəmizin nəzarəti altındadır.

Sonda diplomat erməni intiqamçılarına Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlamağı tövsiyə edib: “Əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.

Moldova KİV-də dərc olunan yazıları aşağıdakı linklərdən oxuya bilərsiniz.

https://deschide.md/ru/russian_news/externe_ru/77306/

https://ava.md/2020/12/18/azerbaydzhan-provel-antiterroristicheskuyu/

https://www.ipn.md/ru/azerbaydzhan-provel-antiterroristicheskuyu-operatsiyu-v-nagornom-karabakhe-7542_1078500.html

https://noi.md/ru/v-mire/azerbajdzhan-provel-antiterroristicheskuyu-operaciyu-v-nagornom-karabahe?q=Азербайджан&x=2&y=17

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR