Moldovada koronavirusa yoluxanların sayı 23 minə yaxınlaşır

Moldovada koronavirusa yoluxanların sayı 23 minə yaxınlaşır
# 25 iyul 2020 17:51 (UTC +04:00)

Moldovada son sutka ərzində daha 345 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 6 nəfər vəfat edib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, Moldovada COVID-19-a yoluxanların sayı 22 828 nəfərə çatıb. Ümumilikdə, bu ölkədə koronavirusdan ölənlərin sayı 732 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 15 608 nəfər təşkil edib.

Xatırladaq ki, Moldova hökuməti ölkədəki xüsusi karantin rejimini avqustun 31-dək uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR