Moldovanın Baş naziri istefa verəcək

Moldovanın Baş naziri istefa verəcək
# 23 dekabr 2020 13:38 (UTC +04:00)

Moldovanın Baş nazir İon Kiku ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir hazırkı Prezident İqor Dodon və parlamentin sədri Zinaida Qrecani ilə birgə keçirdiyi brifinqdə bildirib.

“Prosesin mümkün qədər tez başlaması üçün bu gün mən hökumət kabineti ilı birgə istefa verəcəyəm”, - deyə o qeyd edib.

İ. Kiku vurğulayıb ki, hazırkı kabinet parlament seçkilərinə və yeni Baş nazir təyin olunana qədər işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR