Moskva da gələn həftədən xüsusi buraxılış tətbiqinə keçir

Moskva da gələn həftədən xüsusi buraxılış tətbiqinə keçir
# 10 aprel 2020 21:20 (UTC +04:00)

Rusiya paytaxtında gələn həftədən buraxılış rejimi tətbiq olunacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Mer yaxın günlərdə və həftələrdə paytaxt əhalisini çətin sınaq gözlədiyini deyib: "Ona görə də moskvalıları hökumətin qoyduğu qaydalara, özünütəcrid rejiminə riayət etməyə, özünün və yaxınlarının sağlamlığının qayğısına qalmağa çağırıram".

S.Sobyanin Moskvada buraxılış rejiminin təfərrüatları barədə danışaraq bildirib ki, sakinlər evdən şəhərə çıxan zaman əvvəlcədən müvafiq dövlət strukturunu məlumatlandırmalı olacaqlar. Mer ilkin olaraq buraxılış rejiminin işə gedənlər üçün tətbiq olunacağı, daha sonrakı mərhələlərdə isə digər məqsədlərlə evi tərk etmək istəyənlərə şamil olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR