Moskva ətrafı bölgələrdə kafe və restoranların fəaliyyəti bərpa olunur

Moskva ətrafı bölgələrdə kafe və restoranların fəaliyyəti bərpa olunur
# 08 iyul 2020 20:34 (UTC +04:00)

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.

Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR