Moskva vilayətində 65 yaşdan yuxarı vətəndaşlar üçün özünütəsrid rejimi dekabrın 13-dək uzadılıb

Moskva vilayətində 65 yaşdan yuxarı vətəndaşlar üçün özünütəsrid rejimi dekabrın 13-dək uzadılıb
# 27 noyabr 2020 20:28 (UTC +04:00)

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər üçün özünütəcrid rejimini dekabrın 13-dək uzadılması barədə fərman imzalayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə qubernatorun teleqram kanalında məlumat yerləşdirilib.

Bundan başqa, Moskva vilayətinin universitet və kolleclərində təhsilin distant formatında keçirilməsi, eləcə də kütləvi tədbirlərə qoyulan qadağa da dekabrın 13-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR