Moskvanın cənub-şərqində, "Bataiskii proezd” 31 ünvanı yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, “BMW” markalı minik avtomobili piyada keçidində iki qadına vurub. Onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər qadın xəstəxanaya yerləşdirilib.