Moskvada COVID-19-a rekord sayda yoluxma qeydə alınıb

Moskvada COVID-19-a rekord sayda yoluxma qeydə alınıb
# 27 noyabr 2020 12:01 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində COVID-19-a rekord sayda yoluxma qeydə alınıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, son sutka ərzində paytaxtda 7 918 nəfərin koronavirusa yoluxduğu bildirilib.

Moskvada koronavirusa yoluxma halı ötən günlə müqayisədə çoxdur. Belə ki, dünən açıqlanan statistikaya görə Moskvada 6 075 nəfərin COVID-19-a yoluxduğu bildirilib. Rusiyanın regionlarında da koronavirusa yoluxma halında artım müşahidə olunur. Son sutka ərzində Sankt-Peterburqda 3 687, Moskva vilayətində isə 1 058 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR